Sakinlər təngə gəliblər: “Taxılımız yanır, su vermirlər” – VİDEObackend

Sakinlər təngə gəliblər: “Taxılımız yanır, su vermirlər” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baku TV-nin qaynar xəttinə müraciət edən Zərdabın Burunlu kənd sakinləri bildirirlər ki, yeni əsaslı təmir edilərək istifadəyə verilən Regional Su Meliorasiya Xidmətinin Zərdab Suvarma Sistemləri İdarəsinin Burunlu nasos stansiyasının fəaliyyəti bir neçə aydır ki, dayanıb.

NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, suvarma sisteminin dayanması əkin sahələrində ciddi problemlərə səbəb olub.

“Məhsullarımızı oktyabr ayında əkib suvarmışıq. O vaxtdan bu yana suvara bilmirik. Taxılımız yanır, su vermirlər”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.