Avropa ordusu hazırlıqda: ABŞ-siz NATO modeli tətbiq olunurbackend

Avropa ordusu hazırlıqda: ABŞ-siz NATO modeli tətbiq olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı ABŞ-ın iştirakı olmadan NATO modelinə əsaslanan genişmiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Məlumata görə, təlimlər zamanı ittifaq ölkələrindən biri hərbi yardım istədiyi təqdirdə qərar qəbul etmə prosesi imitasiya ediləcək.

Mənbələrin verdiyi məlumata görə, təlimlər əvvəlcə Brüsseldə Aİ səfirlərinin iştirakı ilə keçiriləcək, daha sonra isə may ayında Kiprdə müdafiə nazirlərinin görüşündə davam etdiriləcək. Bu addım Avropanın hərbi müstəqilliyini artırmaq və kollektiv təhlükəsizlik mexanizmlərini sınaqdan keçirmək məqsədi daşıyır.

Sara,
NOCOMMENT.az