Gümrüyə “Türk Hava Yolları” enişi: Paşinyandan Bakı və Ankara mesajıbackend

Gümrüyə “Türk Hava Yolları” enişi: Paşinyandan Bakı və Ankara mesajı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan “Turkish Airlines”ın Gümrüyə uçuşlar başlayacağını və Bakı ilə təmasların vaxtının çatdığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, keçirdiyi brifinq zamanı çıxış edən Paşinyan, “Turkish Airlines”ın İrəvan reyslərinin Çində Rəcəb Tayyib Ərdoğanla əldə etdiyi şəxsi razılaşmadan sonra mümkün olduğunu bildirib.

Bakı və Ankara ilə münasibətlərin inkişafına toxunan Baş nazir qeyd edib ki, artıq türkiyəli və azərbaycanlı tərəfdaşlarla birbaşa təmasların işçi gündəliyinə daxil edilməsinin vaxtı çoxdan çatıb. Paşinyanın bu açıqlaması regionda nəqliyyat və diplomatik əlaqələrin bərpası istiqamətində yeni mərhələ kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az