Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin TRIPP layihəsinə qoşulmağa hazır olduğunu, lakin bunun üçün İran ətrafındakı vəziyyətin normallaşmalı olduğunu bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, hökumət başçısı Yaxın Şərqdəki gərginliyə baxmayaraq, alternativ marşrutlar sayəsində ölkədə məhsul qıtlığının yaşanmadığını bildirib.
İnflyasiya məsələsinə toxunan Paşinyan etiraf edib ki, əgər idxal olunan mallar istehsalçı ölkələrdə bahalaşırsa, İrəvanın bu prosesə təsir etmək gücü yoxdur. O, qiymət artımının birbaşa xarici bazarlardan asılı olduğunu vurğulayıb.
Sara,
NOCOMMENT.az










