İran strateji əhəmiyyətli Hörmüz boğazı üzərində tam və sərt nəzarəti bərpa etdiyini elan edib.
NOCOMMENT.az xəbər verir ki, İranın “Həzrət Xatəm əl-Ənbiya” mərkəzi qərargahı boğazın əvvəlki sərt nəzarət rejiminə qaytarıldığını bəyan edib. Tehrandan verilən açıqlamada bu addımın ABŞ-ın “dəniz quldurluğu və quldur hərəkətləri”nə cavab olduğu bildirilib.
Qərargahın bəyanatında deyilir: “İran İslam Respublikası xoş məram nümayiş etdirərək neft və ticarət gəmilərinin boğazdan məhdud və idarə olunan keçidinə razılıq vermişdi. Lakin amerikalılar blokada bəhanəsi ilə öhdəliklərini pozaraq dəniz quldurluğu ilə məşğul olmağa davam edirlər. Bu səbəbdən Hörmüz boğazı yenidən silahlı qüvvələrin tam və sərt nəzarətinə keçib”.
İran tərəfi vurğulayıb ki, Vaşinqton İran limanlarına gedən və oradan gələn gəmilərin sərbəst hərəkətinə mane olmağı dayandırmayana qədər bu sərt rejim qüvvədə qalacaq.
Sara,
NOCOMMENT.az










