Binəqədi Tibb Mərkəzinin İnformasiya texnologiyaları şöbəsinə müdir təyin olunub.
NOCOMMENT.az xəbər verir ki, bu vəzifəyə Vətən müharibəsi iştirakçısı, 29 yaşlı Rəşadət Yusifli gətirilib.
O bundan əvvəl Sumqayıt Tibb Mərkəzində eyni adlı şöbənin müdiri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, R.Yusifli 2020-ci ilin sentyabr ayında könüllü olaraq Vətən müharibəsinə qatılıb və Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub./unikal/










