ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran bayrağı altında üzən “Touska” yük gəmisinin ələ keçirilməsinin görüntülərini yayıb.
NOCOMMENT.az xəbər verir ki, görüntülər CENTCOM-un “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb.
“ABŞ dəniz piyadaları “Touska” gəmisinin göyərtəsinə enmək və onu ələ keçirmək üçün “USS Tripoli” desant gəmisini helikopterlə tərk edərək Ərəbistan dənizi üzərindən uçurlar”, – paylaşımda qeyd olunub.
Məlumatda ABŞ hərbçilərinin 6 saat ərzində İran gəmisinə dəfələrlə xəbərdarlıq etdiyi, bu xəbərdarlıqlara məhəl qoyulmadıqda gəminin mühərrik bölməsinə zərbə endirdiyi, daha sonra isə gəmiyə endiyi bildirilir.
Xatırladaq ki, ötən gecə ABŞ Prezidenti Donald Tramp blokadanı pozmağa çalışan İran gəmisinin vurulduğunu və ələ keçirildiyini açıqlamışdı. \\qafqazinfo










