Daşkəsən Rayon Statistika İdarəsinin rəisi Xasay Hüseynov vəzifəsindən azad olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
X.Hüseynov dövlət qulluğunda xidmətdə olmanın son yaş həddi ilə əlaqədar, təqaüdə göndərilib.
Qeyd edək ki, Xasay Məmməd oğlu Hüseynov 1960-ci ildə anadan olub.










