Bu generalın oğlu AXTARIŞA VERİLDİ – FOTObackend

Bu generalın oğlu AXTARIŞA VERİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KTMT-nin sabiq baş katibinin oğlu barəsində həbs qərarı: Ermənistanda korrupsiya qalmaqalı
Ermənistanın hüquq-mühafizə orqanları ölkənin hərbi-siyasi elitasına yaxın olan daha bir nüfuzlu şəxs barəsində kəskin addım atıb.

Ermənistan Baş Prokurorluğunun yerli KİV-lərə verdiyi məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Qriqori Xaçaturovun barəsində həbs qətimkan tədbiri seçib və o, rəsmi olaraq axtarışa verilib. Qriqori Xaçaturova qarşı irəli sürülən ittihamlar kifayət qədər ağırdır.

NOCOMMENT.az xəbər verir ki, o, xüsusilə külli miqdarda daşınmaz əmlakın qanunsuz yolla əldə edilməsi, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) və mənimsəmədə təqsirli bilinir. Prokurorluq iddia edir ki, Xaçaturov qanunsuz yollarla əldə etdiyi vəsaitləri müxtəlif sxemlər vasitəsilə qanuniləşdirməyə çalışıb.

Qeyd edək ki, Qriqori Xaçaturov KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun oğludur. Yuri Xaçaturovun özü isə bir müddət əvvəl Ermənistanda 2008-ci ilin mart hadisələri zamanı “konstitusiya quruluşunu devirməyə cəhd” ittihamı ilə mühakimə olunmuşdu. Həmin səs-küylü cinayət işində Ermənistanın eks-prezidenti Robert Koçaryan da əsas fiqurantlardan biri kimi keçirdi. Kiçik Xaçaturovun axtarışa verilməsi Paşinyan hökumətinin keçmiş hakimiyyət nümayəndələrinə və onlarla əlaqəli şəxslərə qarşı apardığı genişmiqyaslı antikorrupsiya kampaniyasının növbəti mərhələsi kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az

 Ermənistanda generalın general oğlu axtarışa verildi