ABŞ prezidenti Donald Tramp PBS News-a verdiyi müsahibədə Yaxın Şərqdəki gərginliklə bağlı kəskin proqnozlar səsləndirib. Tramp xüsusilə İran və onun ətrafındakı hərbi-siyasi vəziyyətə toxunaraq, mövcud kövrək sabitliyin hər an pozula biləcəyinə işarə edib.
NOCOMMENT.az xəbər verir ki, Tramp müsahibə zamanı bildirib ki, əgər İranda (və ya bölgədəki proksilərlə münasibətlərdə) əldə olunmuş atəşkəs və ya gərginliyin azaldılması prosesi uğursuzluqla nəticələnərsə, bunun nəticələri dağıdıcı olacaq. “Əgər bu dayandırılmasa, çoxlu sayda bomba partlamağa başlayacaq”, — deyə o vurğulayıb.
Sara,
NOCOMMENT.az









