Şirvan şəhərinin Məhəmməd Əsədov küçəsinin sakinləri yolların bərbad vəziyyətindən narazıdırlar.
NOCOMMENT.az xəbər verir ki, qaynar xəttə müraciət edən sakinlər bildiriblər ki, küçə indiyədək asfalt üzü görməyib.
Onların sözlərinə görə, qışda palçıq, yayda isə toz-torpaq səbəbindən hərəkət çətinləşir. Taksi və təcili tibbi yardım avtomobilləri əraziyə gəlməkdə çətinlik çəkir.
“Evimə qonaq gələ bilmir. Məcbur qalıb qonaqlarımı restoranda qarşılayıram. Ayıbdır, utanıram”, – deyə sakinlərdən biri qeyd edib.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də problemin həll olunmadığını vurğulayıblar./Baku TV/









