Bu ərazilərdə su olmayacaqbackend

Bu ərazilərdə su olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Sumqayıtda suyun verilişində fasilə yaranacaq və bu, 25 min nəfərin yaşadığı əraziləri əhatə edəcək.

Sumqayıt Sukanal İdarəsindən NOCOMMENT.az-a bildirilib ki, Sumqayıt şəhərinin bir sıra ərazilərində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Buna səbəb şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləridir. İşlərlə əlaqədar olaraq 21 aprel 2026-cı il tarixində səhər saat 09:00-dan etibarən axşam saatlarınadək suyun verilişi dayandırılacaq.

Məhdudiyyət Sumqayıt şəhərinin 9, 10, 34, 40, 45 və 47-ci məhəllələrini, eləcə də 1, 2 və 4-cü mikrorayonların bəzi hissələrini əhatə edəcək. Bundan əlavə, 5, 6, 11, 12, 13 və 17-ci (9 mərtəbəli binalar) mikrorayonlarda da su təchizatında fasilə yaranacağı bildirilib.

Qurumdan qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra suyun verilməsi bərpa ediləcək. Əhaliyə əvvəlcədən ehtiyat su toplamaları tövsiyə olunur.