ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrini genişmiqyaslı şəkildə gücləndirmə strategiyası çərçivəsində yeni addım atılıb. Pentaqon dəniz piyadaları aviasiyasının (USMC) tərkibində olan 12 ədəd “F/A-18 Hornet” qırıcı-bombardmançı təyyarəsinin regiona köçürülməsinə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı İranın müxalif jurnalistləri operativ yerləşdirmənin təfərrüatlarına bələd olan mənbələrə istinadən yayıblar. Regiona göndərilən eskadronun ən mühüm texniki üstünlüyü onların yenilənmiş radioelektron mübarizə (REM) kompleksləri və ən müasir elektron silahlarla təchiz olunmasıdır.
Bu sistemlər təkcə potensial rəqibin hava hücumundan müdafiə (HHM) radarlarını effektiv şəkildə sıradan çıxarmağa deyil, həm də Hörmüz boğazı ərazisində ticarət gəmilərini dron və raket hücumlarından qorumağa imkan verir. Ekspertlərin fikrincə, bu addım xüsusilə son dövrlər regionun su yollarında artan təhdidlərə qarşı ABŞ-ın birbaşa cavab tədbiridir. “Hornet”lərin gəlişi ilə Vaşinqtonun bölgədəki hava üstünlüyünün və elektron müharibə imkanlarının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Sara,
NOCOMMENT.az









