Səhər saatlarında Bakı metrosunda ciddi sərnişin sıxlığı müşahidə olunur.
Bu isə stansiyalarda xeyli sərnişinin yığılmasına səbəb olub. Qatarlar dolu gəlir, ona görə də düşüb-minmək olmur.
“Bakı Metropoliteni” QSC hadisə ilə bağlı açıqlama verərək bildirib ki, aprelin 22-də qatarlar şənbə günü qrafiki ilə hərəkət edəcək.
İntervallar:
“Əhmədli-28 May”- 2 dəqiqə 30 saniyə
“28 May-Dərnəgül” – 5 dəqiqə
“28 May-İçərişəhər” – 5 dəqiqə
Qeyd edək ki, aprelin 10-u saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə bir sıra stansiyalarda sərnişinlərin təxliyəsi həyata keçirilib və metronun fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Nasazlığın aradan qaldırılmasından sonra metronun fəaliyyəti saat 15:01-dən etibarən bərpa olunub.//yenisabah









