TƏBİB-də işdən çıxarılan müşavirlərin aylıq 15 min manat maaş alması ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, TƏBİB sədrinin müşavirlərinin rəsmi əməkhaqları 15 000 deyil, 4200 manatdan başlayaraq 6000 manata qədər dəyişib. Lakin burada mühüm detal var: beş müşavirdən dördü yarım ştat əsaslarla çalışıb. Bu isə o deməkdir ki, həmin şəxslər göstərilən məbləğin tamını deyil, yarısını alıblar.
Bildirilir ki, yalnız bir müşavir – təchizat məsələləri üzrə müşavir Elmir Qurbanov tam ştatla fəaliyyət göstərib və tam əməkhaqqı alıb.
Beləliklə, TƏBİB müşavirlərinin 15 min manat maaş alması ilə bağlı yayılan iddialar reallığı əks etdirmir. Mövcud rəqəmlər və ştat bölgüsü göstərir ki, ictimaiyyətə təqdim olunan məlumatlarla faktlar arasında ciddi fərq var.
Qeyd edək ki, TƏBİB-in işdən çıxarılan müşavirlərinin – Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov, Vüqar Yaqublu və Elmir Qurbanovun vəzifədən azad edilməsi ilə bağlı məlumat dünən yayılıb.//bakupost









