AzTv sədri Rövşən Məmmədovla bağlı ŞOK – Keçmiş deputat elə şeylər yazdı kibackend

AzTv sədri Rövşən Məmmədovla bağlı ŞOK – Keçmiş deputat elə şeylər yazdı ki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Media məkanında və siyasi kuluarlarda İctimai Televiziyanın (İTV) Baş direktoru Balakişi Qasımovun səlahiyyət müddətinin bitməsi ilə bağlı səs-küylü müzakirələr yeni müstəviyə keçib. Uzun müddətdir ki, Azərbaycan Televiziyasında (AzTV) hökm sürən böhranlı vəziyyət və rəhbərliyin fəaliyyəti fonunda Qasımovun namizədliyi ətrafında qurulan proqnozlar gündəmin əsas mövzusuna çevrilib.

NOCOMMENT.az xəbər verir ki, keçmiş deputat Etibar Əliyev sosial şəbəkə hesabında paylaşım edərək hər iki televiziya rəhbərinin fəaliyyəti ilə bağlı sarsıdıcı faktları ortaya qoyub. O bildirib ki, Balakişi Qasımov İTV-də müəyyən yeniliklər etsə də, tənqidə qarşı dözümsüzlük nümayiş etdirib: “Milli Məclisdə İTV-nin Yayım şurasını bir qədər tənqid etdiyimiz üçün Balakişi müəllim bizə dərhal efir qadağası tətbiq etdi. Bu qurumda kadr seçimi zamanı dostluq, qohumluq və ‘məhəllə uşağı’ prinsipləri, rusdilli ‘kiryuxa’lıq mühiti hər zaman ön planda olub. Əslində, mən Balakişi bəyi qınamıram, çünki bu cür davranışlar bizim bir çox rəhbər şəxslərin iş üslubunun ayrılmaz parçasıdır. Amma bütün bunlara rəğmən, o, nisbətən demokratik və islahatçı bir şəxsiyyətdir”.

E.Əliyevin fikrincə, hazırda AzTV-ni bürüyən ağır idarəçilik mərəzindən xilas etmək üçün Balakişi Qasımovun ora gətirilməsi zəruridir: “Mənim subyektiv qənaətimə görə, AzTV-dəki acınacaqlı vəziyyəti yalnız Balakişi Qasımov düzəldə bilər. O, Rövşən Məmmədovun bu qurumu yoluxdurduğu dostbazlıq, yerlibazlıq və peşəkarlıqdan uzaq olan qohumbazlıq idarəçiliyini kökündən dəyişmək gücündədir. Dövlət televiziyası hazırda tam bir səriştəsizlik bataqlığındadır”.

Qeyd edək ki, son dövrlər AzTV sədri Rövşən Məmmədovun adı silsilə qalmaqallarda, xüsusən də əməkdaşların maaşlarının səbəbsiz kəsilməsi və maliyyə şəffaflığının olmaması məsələlərində hallanır. Redaksiyamıza daxil olan məlumatlara görə, işçilərin sosial hüquqlarının pozulması və qurum daxilindəki qütbləşmə artıq dözülməz həddə çatıb. Media ekspertləri hesab edir ki, dövlət büdcəsindən ən böyük payı alan televiziyada kadrların yalnız rəhbərliyə yaxınlıq dərəcəsinə görə seçilməsi qurumu funksional olaraq iflic edib. Bu vəziyyət Rövşən Məmmədovun vəzifədən getmə ehtimalını daha da gücləndirir və onu “suyu qızan” rəhbərlər siyahısına daxil edir.

Həmçinin bildirilir ki, AzTV-dəki mövcud “maliyyə mərəzi” və peşəkar kadrların qurumdan uzaqlaşdırılması nəticəsində yaranan boşluq, dövlətin informasiya siyasətinə də zərbə vurur. Etibar Əliyevin bu çağırışı, əslində, bir qurumun digərindən daha “az zərərli” prinsiplərlə idarə olunması tələbi kimi də qiymətləndirilə bilər. Balakişi Qasımovun müasir idarəçilik bacarıqları ilə AzTV-yə gəlişi, ən azından Rövşən Məmmədov dövrünün “ailə podratı” sisteminə son qoya bilər.

Sara,
NOCOMMENT.az