Göyçay şəhərində yerləşən marketlərdən birində yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində marketin divarının xarici üzündə yaranmış alov, genişlənməsinə imkan verilmədən, qısa müddətdə söndürülüb.










