“Orban sadəcə ‘günah keçisi’ imiş” – Şok etirafbackend

“Orban sadəcə ‘günah keçisi’ imiş” – Şok etiraf

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) liderlərinin Kiprdə keçirilən ikigünlük qeyri-rəsmi sammiti gözlənilməz etiraflarla yadda qalıb. 16 il ərzində blok daxilində ciddi fikir ayrılıqlarına səbəb olan Macarıstanın keçmiş baş naziri Viktor Orbanın seçkilərdə məğlub olaraq sammitə qatılmaması rəsmi Brüsseldə əvvəlcə bayram əhval-ruhiyyəsi yaratsa da, reallıq fərqli olub.

NOCOMMENT.az xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, Ukraynanın üzvlüyü, blokun kollektiv müdafiəsi, energetika siyasəti və 1,8 trilyon avroluq yeddiillik büdcə ətrafında aparılan gərgin müzakirələr göstərib ki, Aİ-nin problemləri bir nəfərlə məhdudlaşmır. Liderlər Orbanın yoxluğunda daxili ziddiyyətlərin daha dərində olduğunu etiraf etməli olublar.

Estoniyanın baş naziri Kristen Mixal mövzu ilə bağlı kifayət qədər səmimi açıqlama verib. O bildirib ki, bəzi məqamlarda Orban hər kəsin arxasında gizləndiyi bir “günah keçisi” rolunu oynayırdı. Analitiklər hesab edir ki, Macarıstanın keçmiş liderinin səhnədən çəkilməsi Avropa daxilindəki struktur böhranlarını daha qabarıq şəkildə üzə çıxarıb və blokun qərar qəbul etmə mexanizmindəki çətinliklərin yalnız bir ölkənin vetosu ilə bağlı olmadığını sübut edib.

Sara,
NOCOMMENT.az