İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubunda “Hizbullah” qruplaşmasına məxsus hərbi hədəflərə qarşı hava hücumu həyata keçirib. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, gecə saatlarında reallaşan əməliyyat zamanı qruplaşmanın atəşə hazır vəziyyətdə olan raket qurğuları məhv edilib.
*NOCOMMENT.az* xəbər verir ki, zərbələr Cənubi Livanın Deyr-əl-Zəhrani, Reman və Əl-Saamiya rayonlarında yerləşən strateji nöqtələrə endirilib. Hərbi rəhbərlik bildirib ki, hədəf alınan qurğular İsrail ərazisini atəşə tutmaq üçün tam doldurulmuş və döyüş vəziyyətinə gətirilmişdi.
SAXAL-ın bu addımı bölgədə gərginliyin artdığı bir vaxtda preventiv təhlükəsizlik tədbiri kimi qiymətləndirilir. İsrail tərəfi öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün “Hizbullah”ın infrastrukturuna qarşı əməliyyatların davam etdiriləcəyini vurğulayıb. Livan tərəfindən hələlik dağıntılar və ya tələfat barədə rəsmi məlumat verilməyib.
Sara,
NOCOMMENT.az










