Rusiya ordusu gecə saatlarında hücum etdiyi Dnepr şəhərindəki yaşayış məhəlləsinə təkrar zərbələr endirib. Son hücum nəticəsində çoxmənzilli yaşayış binasına ciddi ziyan dəyib və ərazi xarabalığa çevrilib.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna mənbələrinin yaydığı məlumata görə, hadisə nəticəsində azı 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir qadın isə həlak olub. Zərbələrin endirildiyi ərazidə dörd böyük yanğın qeydə alınıb və hazırda xilasedicilər alovun söndürülməsi, həmçinin dağıntılar altında qalanların xilas edilməsi üçün iş aparırlar.
Yerli hakimiyyət orqanları dinc sakinlərin yaşadığı infrastrukturun hədəf alınmasını humanitar fəlakət kimi qiymətləndirib. Şəhərdə həyəcan siqnalları davam edir, sakinlərdən sığınacaqlarda qalmaları xahiş olunur. Hadisə yerindən gələn görüntülər mülki obyektlərə dəyən ziyanın miqyasının kifayət qədər böyük olduğunu göstərir.

Sara,
NOCOMMENT.az









