İran Müdafiə Nazirliyindən SON DƏQİQƏ BƏYANATIbackend

İran Müdafiə Nazirliyindən SON DƏQİQƏ BƏYANATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Müdafiə Nazirliyi Amerika Birləşmiş Ştatlarının regiondakı hərbi və siyasi vəziyyəti ilə bağlı kəskin bəyanat yayıb. Qurumun rəsmi nümayəndəsi Vaşinqtonun hazırda çıxılmaz vəziyyətdə olduğunu və münaqişədən minimum itki ilə uzaqlaşmağa çalışdığını iddia edib.

NOCOMMENT.az xəbər verir ki, ISNA xəbər agentliyi nazirlik rəsmisinin bu sözlərini sitat gətirib: “Bu gün bizim hərbi qüdrətimiz dominant qüvvədir. Düşmən isə düşdüyü müharibə bataqlığından öz nüfuzunu qoruyub saxlamaqla, yəni ‘üzüağ’ çıxmaq üçün yollar axtarır”.

Bu iddialı bəyanat ABŞ-ın xüsusi elçilərinin sülh danışıqları aparmaq məqsədilə Pakistana səfər etdiyi bir vaxtda səsləndirilib. Tehranın bu çıxışı bölgədəki hərbi balansın dəyişdiyinə və Vaşinqtonun diplomatik təmaslara meyillənməsinin bir zəiflik əlaməti olduğuna işarə kimi qiymətləndirilir. Analitiklər hesab edir ki, İran bu cür bəyanatlarla danışıqlar masasında öz mövqelərini gücləndirməyə və daxili auditoriyaya hərbi üstünlük mesajı verməyə çalışır.

Sara,
NOCOMMENT.az