İranın sabiq səfirinin oğlunun Avropadakı lüks həyatıbackend

İranın sabiq səfirinin oğlunun Avropadakı lüks həyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrail və ABŞ ilə davam edən gərginlik və ağır iqtisadi sanksiyalar altında çətin vəziyyətdə olduğu bir vaxtda sabiq diplomat Əhməd Sobhaninin oğlu Sasha Sobhaninin Avropadakı ultra lüks həyatı ciddi müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə “İranın Dan Bilzerianı” kimi tanınan Sobhani paylaşdığı xüsusi təyyarələr, lüks avtomobillər, dəbdəbəli məclislər və qadınlarla dolu həyat tərzi ilə diqqət çəkir. Bu görüntülər isə ölkədə “rejim daxilində imtiyazlı təbəqə” mövzusunu yenidən gündəmə gətirib.

Xatırladaq ki, 2021-ci ildə İspaniyada onun barəsində “qanunsuz qumar şəbəkəsi” və “çirkli pulların yuyulması” iddiaları ilə bağlı araşdırmalar aparılıb. Madrid məhkəməsində ifadə verən Sobhani isə ittihamları rədd edərək özünü müdafiə edib və “Sıfırdan başladım” deyə bildirib.

Məhkəmədə çıxış edən Sobhani İrana ekstradisiya olunacağı təqdirdə həyatına və təhlükəsizliyinə ciddi risk olacağını hətta işgəncə ilə üzləşə biləcəyini iddia edib.

Qeyd edək ki, Sasha Sobhani İranın keçmiş diplomatı Əhməd Sobhaninin oğludur. Atası müxtəlif illərdə Venesuela və Qabon kimi ölkələrdə səfir vəzifəsində çalışıb, həmçinin Xarici İşlər Nazirliyində yüksək post tutub.

Sobhani sosial mediada aktiv şəkildə paylaşım edərək özünü “azad və dəbdəbəli həyat tərzi” ilə tanıdır. Onun bu davranışları isə xüsusilə iqtisadi çətinliklər yaşayan İran cəmiyyətində sərt reaksiyalara səbəb olur./Sfera.az/