Hamilə arvadını özünə sipər etdi – Dünya bu görüntüdən danışır – FOTObackend

Hamilə arvadını özünə sipər etdi – Dünya bu görüntüdən danışır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Müxbirləri Assosiasiyasının ənənəvi şam yeməyində baş verən atışma təkcə hərbi müdaxilə ilə deyil, həm də yüksək vəzifəli şəxslərin davranışı ilə ABŞ gündəmini sarsıdıb.

Hadisə zamanı Prezident Donald Tramp və vitse-prezident JD Vans saniyələr içində təxliyə edilsə də, daxili təhlükəsizlik üzrə müşavir Stiven Millerin hərəkəti ölkədə böyük hiddətə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, paytaxt Vaşinqtonda təşkil edilən gecədə silah səsləri eşidilən anlarda Stiven Millerin hamilə həyat yoldaşı Keti Milleri özünə sipər edərək qaçmağa çalışdığı görüntülər kameralara düşüb. Trampın ən yaxın kuratorlarından sayılan və sərt siyasi kursu ilə tanınan Millerin bu görüntüləri sosial mediada və siyasi dairələrdə kəskin etirazla qarşılanıb.

Hadisənin təfərrüatlarına görə, silah səsləri yüksələn kimi Məxfi Xidmət agentləri və ağır silahlı taktik qruplar dərhal səhnəyə çıxaraq Donald Tramp, Melaniya Tramp və JD Vansın ətrafında canlı sədd qurublar. Lakin həmin xaos anında Stiven Millerin nümayiş etdirdiyi etikasız davranış onun siyasi gələcəyini sual altına qoyub. Artıq ABŞ-da həm Demokratlar, həm də bəzi Respublikaçılar Millerin istefasını tələb edirlər. Bir müddətdir ki, Vaşinqton küçələrində kəskin tənqidlərin hədəfi olan müşavir üçün bu hadisə “siyasi intihar” kimi qiymətləndirilir. İstintaq davam etdiyi bir vaxtda, Millerin bu hərəkətinin Ağ Ev daxilindəki nüfuzuna necə təsir edəcəyi maraqla gözlənilir.

Sara,
NOCOMMENT.az