Bakıda təmirə bağlanan yolun giriş hissəsində yol qəzası baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, gecə saat 23:30 radələrində 20-ci sahə – Badamdar istiqamətində hərəkətdə olan “Kia” markalı avtomobil xəbərdaredici nişanların olmaması səbəbindən beton maneəyə çırpılıb.
Nəticədə avtomobilə xeyli ziyan dəyib.
Şikayətçi qeyd edib ki, qanunla müəyyən edilmiş sürət həddi (60 km/saat) ilə getdiyi halda, maneəni görməyib və maşınla qəzaya uğrayıb. Buna səbəb isə yolda aparılan təmir işləri barədə hər hansı xəbərdaredici nişan və qaranlıqda görünən işıqqaytarıcı element qoyulmamasıdır.
Sürücü məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib.
Hadisə anını əks etdirən görüntüləri təqdim edirik:
qafqazinfo.az










