TƏCİLİ! Zəngəzur dəhlizi ilə bağlı qərar verilə bilər – Baş nazirin müavini İrəvandabackend

TƏCİLİ! Zəngəzur dəhlizi ilə bağlı qərar verilə bilər – Baş nazirin müavini İrəvanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan arasında davam edən sülh və sərhədlərin müəyyənləşdirilməsi prosesində tarixi bir hadisə yaşanıb. “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Bakıdan birbaşa uçuş həyata keçirərək İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanına eniş edib.

Ermənistan Mülki Aviasiya Komitəsinin rəsmi məlumatına görə, təyyarədə Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti yer alıb. Yerli medianın yaydığı məlumatlarda nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi bildirilir. Bu səfər Azərbaycanın müstəqillik illərindən bəri, son 30 ildə rəsmi bir şəxsin İrəvana ilk birbaşa səfəri kimi tarixə düşüb.

Batkadan “bığ”lı MESAJ - Nə demək istədi? | No Comment

Cavanşir Abbaslı

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan “AĞ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, bu səfər hazırkı regional geosiyasi reallıqlar baxımından strateji əhəmiyyət kəsb edir: “Bu səfər olduqca vacibdir, çünki hazırda Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya mərhələsində çox müsbət gəlişmələr yaşanır. Şahin Mustafayevin İrəvana getməsi sülh yolunda çox ciddi bir irəliləyişin göstəricisidir. Son 30 ildə ilk dəfədir ki, Azərbaycanın rəsmi şəxsinin İrəvana səfərinin şahidi oluruq. Bu, münasibətlərin tənzimlənməsi istiqamətində çox müsbət bir addımdır”.

Onun sözlərinə görə, bu görüş yaxın aylarda qəbul ediləcək daha böyük qərarların müjdəçisi ola bilər: “Eyni zamanda qarşılıqlı olaraq Ermənistan tərəfindən də yaxın günlərdə yüksəkrütbəli bir dövlət məmurunun Azərbaycana səfəri gözlənilir. İyunun 7-də keçiriləcək seçkilər ərəfəsində Baş Nazir müavini səviyyəsində belə bir səfərin gerçəkləşməsi yaxın aylarda ciddi qərarların veriləcəyindən xəbər verir. Bu, həm də dövlətlər arası etimadın yaradılması prosesində mühüm mərhələdir”.

Siyasi şərhçi əlavə edib ki, səfərin əsas müzakirə mövzularından birinin nəqliyyat kommunikasiyaları olması ehtimalı yüksəkdir: “Xatırlayırsınızsa, avqustun 8-də paraflanma sənədinin bir ili tamam olacaq. Bu tarixdən öncə belə bir səfərin reallaşması yəqin ki, Zəngəzur dəhlizi və digər kommunikasiya xətləri istiqamətində ciddi razılaşmaların əldə olunduğuna işarədir. Səfərin bütün detalları hələ tam açıqlanmasa da, yaxın saatlarda proseslərin daha aydın mənzərəsi ortaya çıxacaq. İstənilən halda, bu, Azərbaycanın regionda sülh tərəfdarı olduğunu və birbaşa dialoqa önəm verdiyini göstərən bir gedişdir”.

Tunar,
NOCOMMENT.az