Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinat olub.
NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elçin Bağırov ADY-nin Tikinti layihələrinin idarə olunması departamentinin Maliyyə və smeta bölməsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinata qədər İnzibati sektorun müdiri vəzifəsində, 2022-2024-cü illərdə isə Maliyyə mütəxəssisi vəzifəsində çalışıb. (İqtisadiyyat.az)











