İranda FACİƏ – Çox sayda ölən varbackend

İranda FACİƏ – Çox sayda ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda növbəti dəfə mədən faciəsi yaşanıb. Cənubi Xorasan əyalətinin Təbəs şəhərində fəaliyyət göstərən kömür mədənlərindən birində baş verən çökmə nəticəsində ölüm və yaralanma faktı qeydə alınıb. Hadisənin səhər saatlarında, işçilərin növbədə olduğu vaxtda baş verdiyi bildirilir.

NOCOMMENT.az xəbər verir ki, Təbəs Kömür Şirkətinin mətbuat xidmətinin yaydığı məlumata görə, insident səhər saat 07:00 radələrində podratçı şirkətə aid sahədə meydana gəlib. Dağıntılar altında qalan işçilərdən biri aldığı ağır xəsarətlər səbəbindən hadisə yerindəcə keçinib. Digər yaralı isə dərhal xəstəxanaya çatdırılaraq həkim nəzarətinə götürülüb.

Axtarış-xilasetmə tədbirləri nəticəsində itkin düşdüyü güman edilən işçinin cəsədi tapılaraq ərazidən çıxarılıb və bununla da əməliyyat başa çatıb. Hazırda mütəxəssislər tərəfindən mədəndəki çökmənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Sara,
NOCOMMENT.az