Birləşmiş Ştatlar İranla davam edən danışıqlar çıxılmaz vəziyyətə düşdüyü üçün bu ölkəyə qarşı güc tətbiqini nəzərdə tutan genişmiqyaslı planları nəzərdən keçirir. “Axios” nəşrinin yaydığı məlumata görə, bu gün Prezident Donald Tramp ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuperin mümkün hərbi əməliyyatlarla bağlı məruzəsini dinləyəcək.
NOCOMMENT.az xəbər verir ki, CENTCOM-un hazırladığı planlar arasında İranın strateji infrastrukturuna güclü zərbələr endirmək ssenarisi ön plana çıxır. Bu addımın Tehranı yenidən danışıqlar masasına qaytarmaq üçün “son sarsıdıcı zərbə” olacağı ehtimal edilir.
Məlumata görə, hərbi brifinqdə dünya ticarəti üçün kritik əhəmiyyət kəsb edən Hürmüz boğazının bir hissəsinin ələ keçirilməsi və gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi təklifi də müzakirə olunacaq. Bundan əlavə, ABŞ xüsusi təyinatlılarının İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün gizli əməliyyat keçirməsi də ən riskli variantlardan biri kimi gündəmdədir.
Sara,
NOCOMMENT.az










