Sərhəddə pilotsuz təyyarə zərbəsi: 12 İsrail hərbçisi yaralanıbbackend

Sərhəddə pilotsuz təyyarə zərbəsi: 12 İsrail hərbçisi yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livan ərazisindən buraxılan pilotsuz uçuş aparatı (PUA) İsrailin şimalındakı Şomera yaşayış məntəqəsi yaxınlığında yerləşən hərbi mövqeyə zərbə endirib. İsrail Müdafiə Ordusunun (SAXAL) yaydığı məlumata görə, hücum nəticəsində 12 hərbi qulluqçu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

NOCOMMENT.az xəbər verir ki, PUA-nın zirehli nəqliyyat vasitəsinə çırpılması nəticəsində güclü yanğın baş verib. Zərbə zonasında olan artilleriya sursatlarının partlaması hadisənin fəsadlarını daha da ağırlaşdırıb. Yaralılardan ikisinin vəziyyəti orta-ağır, digərlərinin isə qənaətbəxş kimi qiymətləndirilir.

SAXAL rəsmiləri hücumda optik-lifli idarəetmə sisteminə malik dronun istifadə olunduğunu ehtimal edirlər. Bu texnologiya dronu radioelektron mübarizə vasitələrinə qarşı tam davamlı edir. Qeyd olunur ki, “Hizbullah” son həftələrdə bu cür müasir texnologiyalardan istifadəni kəskin şəkildə artırıb.

Sara,
NOCOMMENT.az