Xətai rayonunda baş verən faciəvi hadisədə zəhərlənən 2012-ci il təvəllüdlü T.B.-nin anası Kəmalə Ələkbərova açıqlama verib.
NOCOMMENT.az-ın RTV-yə istinadən məlumatına görə, o, qızından bir müddətdir xəbəri olmadığını bildirib.
10 övladı olduğunu deyən ana qızının tez-tez evdən qaçdığını qeyd edib.
“Evdən dəfələrlə qaçır, gedib gətirirəm. Bir dəfə də qaçmışdı, 5 gün onu gözlədim. Abşeron Polis İdarəsinə xəbər verdim, qızı tapdılar. İndi də 3-cü aya keçib ki, evdə yoxdur. Mən onu harada axtarım? Həmin oğlanı tanımıram, harada tanış olduqlarını bilmirəm. Kaş oğlan yox, o ölərdi. Haqq-ədalət var, dəm qazından zəhərlənib ölüb. Qızım məktəbə getmir, 14 yaşı var. Atası da var, gözdən əlildir. Allah belə qızın bəlasını versin”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl dilənçiliklə məğul olan 14 yaşlı qız ötən il oğurluğa görə saxlanılmışdı. O, gözəlliyinə görə qısa zamanda “TikTok”da populyarlaşmışdı.
Daha ətraflı videomaterialda:










