Yardımlıda elektrik cərəyanı 3 baş iribuynuzlu mal-qaranı vuraraq öldürüb.
NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Yardımlı rayonunun Bozayran kəndi ərazisində baş verib.
Belə ki, vətəndaşa məxsus 3 baş iribuynuzlu mal-qaranı, sahədə yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb. Nəticədə vətəndaşa külli miqdarda ziyan dəyib.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.










