Zelenski İrəvana gedirbackend

Zelenski İrəvana gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenskinin gələn həftənin bazar ertəsi günü İrəvana səfər edəcəyi gözlənilir. Ukrayna dövlət başçısının Ermənistan paytaxtında keçiriləcək Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitində iştirak edəcəyi planlaşdırılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib. Paşinyan bildirib ki, sammitdə Ukrayna prezidenti də daxil olmaqla, Avropa Siyasi Birliyinin bütün üzvlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, bu səfər regionda cərəyan edən son siyasi proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir və tərəflər arasında bir sıra mühüm məsələlərin müzakirə olunacağı ehtimal edilir. Sammit çərçivəsində Zelenskinin digər Avropa liderləri ilə də ikitərəfli görüşlər keçirəcəyi istisna olunmur.

Sara