Tovuzda avtomobil azyaşlını vurub, daha sonra aşıb – FOTObackend

Tovuzda avtomobil azyaşlını vurub, daha sonra aşıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində yerləşən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. 1979-cu il təvəllüdlü Ramin Həsənov idarə etdiyi VAZ 2106 markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu qarşı tərəfə keçmək istəyən azyaşlını vurub.

Qəzadan sonra avtomobil idarəetmədən çıxaraq yol kənarındakı fərdi yaşayış evinin həyətinə aşıb. Nəticədə azyaşlı müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı sürücü xəsarət almayıb. İlkin məlumata görə, azyaşlı avtobusdan düşdükdən sonra yolu keçmək istəyərkən qəza baş verib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./Unikal/

 

  • Tovuzda avtomobil azyaşlını vurub, daha sonra aşıb - FOTO

Buna da baxın

Bu şəslərin maşşları ilə bağlı ÖNƏMLİ QƏRAR – Açıqlamabackend
Bu şəslərin maşşları ilə bağlı ÖNƏMLİ QƏRAR – Açıqlama