Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri konsuluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qəti şəkildə qınayır.
Bu barədə NOCOMMENT Ukrayna XİN-nin bəyanatına istinadən xəbər verir.
Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən lazımi təhqiqat tədbirləri başladılıb: “Bunu törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Qeyd edək ki, noyabrın 7-də gecə saatlarında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb.