İl-76 və An-124 təyyarələri Rusiya sülhməramlı qüvvələrinin Qarabağa köçürülməsi çərçivəsində 24 saat ərzində Ermənistana 22 uçuş həyata keçirib, 64 ədəd avtomobil və xüsusi texnika çatdırıb.
NOCOMMENT-in rus mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.
Bildirilir ki, İrəvandan Dağlıq Qarabağa gedəcək hərbi kolonu havadan Mi-8 və Mi-24 helikopterləri müşayiət edir.