Bir daha Zod qızıl yatağı barədə – Ermənistan geri çəkilməyə MƏCBUR OLDUbackend

Bir daha Zod qızıl yatağı barədə – Ermənistan geri çəkilməyə MƏCBUR OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyan tiqranoidləri çılğına döndərən bəyanat verib: “Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli anlaşmaya görə, Ermənistan Azərbaycanla yeni sərhəddə qüvvələrini yerləşdirməlidir.

NOCOMMENT xəbər verir ki, bu sərhəd Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsindən sonra yaranıb. Yeni sərhədin müəyyənləşməsi sadəcə rusiyalı sülhməramlıların yox, azərbaycanlı hərbçilərin köməyi ilə həyata keçirlir”.

Tiqranoidlər hay-küy qaldırıblar ki, baş nazir “azərbaycanlı hərbçilərin köməyi ilə” söyləyəndə, nəyi nəzərdə tutub?

Emosiyaları bir kənara qoyub, faktlara baxaq.

SSRİ dönəmində Zod, yəni Söyüdlü qızıl yatağının (mədəninin) ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Vardenis rayonunun ərazisində idi.

Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdı.

Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdi. Yatağın istismarına 1976-cı ildən başlanmışdı.

Ermənistan indi bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda “sərhəd darvazası” quraşdırmışdı.

Üç gün əvvəl hərbçilərimiz həmin darvazanı sındıraraq Zoda daxil olublar.

Yəni öz ərazimizə.

Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,8 qram qızıl var.

Hazırda Zodda Azərbaycan Ordusunun 3, ermənilərin 1 postu var.

Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdirirlər.

N.Paşinyan da bunu demək istəyib, amma ermənilər bir şeyi anlayıblar: Zod onların əlindən çıxdı.

Kəlbəcər rayonunda Ağduzdağ və Tutxun qızıl yataqları da var.

Elçin ALIOĞLU