Sabah paytaxt məscidlərində Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədilə məclislər keçiriləcək.
NOCOMMENT xəbər verir ki, baku.ws-in əldə etdiyi məlumata görə, bir neçə məsciddə təşkil olunacaq anım məclisləri zamanı namazlar qılınacaq, şəhidlərin ruhlarına müqəddəs Qurani Kərimdən surələr oxunacaq.
Pandemiya səbəbindən anım mərasimlərində maksimum 10-12 nəfərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyev canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədi ilə sərəncam imzalayıb.