“İlk növbədə Azərbaycan hava yolları və Buta vasitəsilə əllərində bilet olan şəxslərin çarter reysləri ilə gətirilməsi təmin olunacaq”.
NOCOMMENT.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, yaşlı insanlar, hamilə qadınlar və uşaqlı ailələrin ölkəyə qayıdışı ilk sıralarda olacaq.