Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT-in məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Məlikova Samirə Yusif qızı müxtəlif bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.