TƏCİLİ: Azərbaycan və Ermənistan xüsusi xidmət başçıları görüşdülərbackend

TƏCİLİ: Azərbaycan və Ermənistan xüsusi xidmət başçıları görüşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycanın təhlükəsizlik xidmətlərinin rəhbərləri neytral sərhədyanı zonada görüşüblər. Görüş zamanı əsirlərin mübadiləsi müzakirə edilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, görüş Ermənistanın Ararat rayonun Yerasx bölgəsində (Naxçıvanın Kərki kəndi yaxınlığında) baş tutub.

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevlə görüşüb. Görüş zamanı əsirlərin mübadiləsi və itkin düşmüş şəxslərin axtarışı məsələləri müzakirə edilib”, – deyə Ermənistan MTX-dən məlumat verilib.