Xəbər verdiyimiz kimi, “Azərxalça” ASC-nin İdarə heyətinin sədri Vidadi Muradov külli miqdarda vəsaiti mənimsəməkdə ittiham edilərək bu gün həbs edilib.
NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun məlumatına görə, həbs edilən sədr Bakının Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradovun atasıdır. Polkovnik Cavid Muradov isə sözügedən vəzifəyə 2019-cu ilin yanvarında təyin olunub. O daha öncə Mingəçevirin rəisi olub.