Millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizə başlayırbackend

Millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.

NOCOMMENT-in məlumatına görə, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv Slovakiya yığmasını qəbul edəcək.

Bakı İdman Sarayında oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Milli komanda matça ciddi itki ilə çıxacaq. Fineo De Araujo zədə səbəbindən görüşü buraxacaq. Rəqibin heyətində isə Pyotr Kozar, Qabriel Rik və Patrik Zatoviç koronavirusa yoluxduqları üçün Bakıya gətirilməyib.

Qrupun ilk matçında isə Moldova yığması Yunanıstana qalib gəlib – 3:1.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

18:00. Azərbaycan – Slovakiya

Hakimlər: İrina Velikanova, Yuri Neverov (Rusiya), Hikmət Qafarlı, Knyaz Əmiraslanov

Bakı İdman Sarayı

Qeyd edək ki, yığma qrupdakı ikinci sınağında fevralın 2-də Yunanıstanın qonağı olacaq.