Azərbaycan millisi İsveçi darmadağın etdibackend

Azərbaycan millisi İsveçi darmadağın etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisi bu gün Avro-2024-ün seçmə mərhələsində F qrupunda növbəti oyununa çıxıb.

NOCOMMENT.az xəbər verir ki, İsveç millisi ilə matç yığmamız üçün uğurlu olub. Millimiz rəqibi darmadağın edib – 3:0.

Qeyd edək ki, yığmamız ikinci hissənin 57-ci dəqiqəsindən etibarən azlıqda qalıb. Bəhlul Musatafazadə qırmızı vərəqə alıb.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda İsveç Azərbaycana 5:0 hesabı ilə qalib gəlmişdi.

Avro-2024, seçmə mərhələ, 9-cu tur

16 noyabr

21:00 Azərbaycan – İsveç – 3:0 

Qol: Emin Mahmudov, 3, 89, Renat Dadaşov, 6,

Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 57 (Azərbaycan)

Baş hakim: Ester Ştaubli (İsveçrə)

Tofiq Bəhramov adına Respublika Stadionu