Azərbaycan minifutbol millisi dünya çemponatında yarımfinala yüksəlibbackend

Azərbaycan minifutbol millisi dünya çemponatında yarımfinala yüksəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

NOCOMMENT.az apasport.az-a istinadən  xəbər verir ki, yığma komandamız 1/4 finalda Bolqarıstana qalib gəlib.

Əvvəlki raundda Portuqaliyanı 3 cavabsız qolla üstələyən Elşad Quliyevin yetirmələri budəfəki rəqib üzərində 3:1 hesablı qələbə qazanıblar. Komandamızın heyətində 28-ci dəqiqədə Vüsal İsayev, 32-ci dəqiqədə Rəvan Kərimov, 36-cı dəqiqədə isə Mirmehdi Rzayev fərqləniblər.

Qeyd edək ki, millimiz yarımfinalda Qazaxıstanla qarşılaşacaq. Həmin görüş noyabrın 3-də baş tutacaq.