Rövşən Əkbərov danışdı: Xaricə getməyimə heç bir əsas yoxdurbackend

Rövşən Əkbərov danışdı: Xaricə getməyimə heç bir əsas yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərov vəzifəsindən kənarlaşdırılmasına ilk dəfə münasibət bildirib.

NOCOMMENT demokrat.az-a istinadən xəbər verir ki, Rövşən Əkbərov hazırda evdə istirahət etdiyini deyib: “Əgər Müdafiə Nazirliyi açıqlama verirsə, mən vəzifəmdən getmişəm, deməli, elədir.

Hazırda Bakıda, evimdəyəm və heç yerə getməmişəm. Heç xaricə getmərəm, çünki buna səbəb yoxdur”.