Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirəcək.
NOCOMMENT-in məlumatına görə, 34 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə ən azı daha 4 dəfə üz-üzə gələcək.
Tərəflər arasında ilk günün 4 qarşılaşması heç-heçə yekunlaşıb – 2:2. İlk 2 partiyada şahmatçılar xalları yarı bölüblər. Üçüncü partiyada Rəcəbov qələbə qazansa da, dördüncü sınağında məğlub olub. Bugünkü 4 oyunda da qalib müəyyənləşməsə, yarımfinala vəsiqə qazanan şahmatçı tay-breykdə bəlli olacaq.
Xatırladaq ki, Aniş Giri seçmə mərhələni 9,5 xalla 2-ci, Teymur Rəcəbov 8 xalla 7-ci pillədə başa vurub.
“Opera Euro Rapid”
1/4 finalın ilk oyun günündə qeydə alınan nəticələr
Aniş Giri (Niderland) – Teymur Rəcəbov (AZƏRBAYCAN) – 2:2
Maqnus Karlsen (Norveç) – Daniil Dubov (Rusiya) – 2,5:0:5
Uesli So (ABŞ) – Yan Kşiştof Duda (Polşa) – 2,5:1,5
Levon Aronyan (Ermənistan) – Maksim Vaşye-Laqrav (Fransa) – 1,5:2,5