Teymur Rəcəbov Sonuncu olubbackend

Teymur Rəcəbov sonuncu olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirinin blits üzrə yarışında sonucu olub.

NOCOMMENT.az “Report”-a istinadən xəbər verir ki, 36 yaşlı qrossmeyster keçirdiyi 9 oyunun 2-də qələbə qazanıb, 3-də heç-heçə edib, 4-də isə uduzub.

Beləliklə, Rəcəbov ikinci günü 3,5 xalla başa vurub. Bir gün öncə 2 xal toplayan milli üzvü blits turniri 5,5 xalla sonuncu – 10-cu pillədə başa vurub.

Qeyd edək ki, Teymur Rəcəbov daha öncə rapid üzrə mübarizədə 5,5 xalla ikinci olmuşdu. Yarışda həmyerlimizlə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparıb.