Teymur Rəcəbov turnirdə ikinci olubbackend

Teymur Rəcəbov turnirdə ikinci olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutub.

NOCOMMENT.az “Report”-a istinadən xəbər verir ki, 36 yaşlı qrossmeyster 10 şahmatçının rapid üzrə mübarizəsində uğurlu çıxış edib.

Milli üzvü 9 oyundan 5,5 xal toplayıb. Birinci yeri isə Maksim Vaşye-Laqrav (Fransa, 7 xal) tutub.

Qeyd edək ki, yarış iştirakçıları sentyabrın 8-9-da blitsdə ən güclünü müəyyənləşdirəcəklər. Turnirdə Teymur Rəcəbov və Maksim Vaşye-Laqrav ilə yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparırlar.