Türkiyənin 68 yaşlı məşhur aktyoru koronavirusa yoluxaraq vəfat edib.
NOCOMMENT.az Türkiyə KİV-ə istinadən xəbər verir ki,“Sirli kənd” filminin çəkilişləri üçün Malatyada olan Toyqun Atəşdə fevralın 6-da virus aşkarlanıb.
Vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirilən aktyorda mutasiyalı koronavirus təsbit edildiyi bildirilib.
Bütün müdaxilələrə rəğmən, aktyorun həyatını xilas etmək mümkün olmayıb.