Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Qazilər Günü münasibətilə çıxışında deyib.
O xatırladıb ki, Azərbaycan dastan yazaraq sinəsində qanayan yara olan Qarabağın azadlığını təmin edib: “Azərbaycanın suverenliyi, təhlükəsizliyi üçün şəhid olan hərbçilərə Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı arzulayıram”.